"Pokerin xaç atası" vəfat etdi

"Pokerin xaç atası" vəfat etdi
15 may 2023
# 15:45

Kart oyununun dünya miqyasında populyarlaşdıran Amerika poker əfsanəsi Doyle Brunson 89 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Pokerin xaç atası” kimi tanınan Branson 50 ildən çox müddət ərzində peşəkar oyunçu olub, oyun haqqında bir sıra kitablar yazıb və High Stakes Poker və World Series of Poker kimi proqramların tanınmış siması olub . O, Poker Şöhrət Zalının üzvü və ikiqat Dünya Poker Seriyasının Əsas Tədbirinin çempionu olub.

Qeyd edək ki, ailəsi səbəbini açıqlamadan onun ölümünü təsdiqləyən bəyanat yayıb.

Daniel Neqranu, Fil Helmut və Scotti Nquyen kimi poker super ulduzları Bransonun vəfatından kədərləndiklərini bildirən mesajlar yazıblar. Müasir dövrün ən böyük poker oyunçusu hesab edilən Neqranu Twitter-də “Heç vaxt başqa Doyl Branson olmayacaq” sözlərini qeyd edib.

Xatırladaq ki, Branson milyonlarla həvəskar oyunçu üçün taktika və düşüncə tərzinə dair ideya verən ”Super System: A Course in Power Poker” kimi kitabların müəllifi olub.

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər