Parisdə şahzadə Diananın mum heykəli nümayiş etdirilir

Parisdə şahzadə Diananın mum heykəli nümayiş etdirilir
20 noyabr 2025
# 16:45

Parisdəki Grevin Muzeyi şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiqurunu təqdim edib.

Kulis.az xəbər verir ki, mumdan hazırlanmış heykəl-fiqur şahzadə Diana 1995-ci ildə Çarlz ilə boşandığı zaman mediada qızğın müzakirələrə səbəb olan və dizayner Kristina Stambolyanın tikdiyi uzun qara donda təqdim edilib.

Grevin Muzeyinin açıqlamasında deyilir: “Parisdə faciəvi ölümündən 28 ildən çox vaxt keçməsinə baxmayaraq, Diana hələ də qlobal miqyasda özünəməxsus üslubu, insanlığı və müstəqilliyi ilə məşhur olan əsas fiqurdur. Bu don özünəinamın, qadın qətiyyətinin və yenilənmiş həyat tərzinin güclü bir obrazının ifadəsinə çevrilib”.

Qeyd edək ki, şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiquru muzeyin günbəzinin altında moda xadimləri Jan Pol Qotye və Şantal Tomas, eləcə də 1793-cü ildə başı kəsilən mərhum Fransa kraliçası Mari-Antuanetta ilə birlikdə nümayiş etdiriləcək.

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər