Ozan Güvenə 11 il həbs istənildi

Ozan Güvenə 11 il həbs istənildi
15 fevral 2025
# 10:18

Keçmiş sevgilisi Deniz Bulutsuza qarşı zorakılıq tətbiq etdiyi iddia edilən aktyor Ozan Güvenin mühakimə olunduğu işlə bağlı prokuror tələbini açıqlayıb.

Kulis.az xəbər verir ki, prokuror Güvenin "zorla, hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlıqdan məhrum etmə" və "silahla qəsdən yaralama" maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Deniz Bulutsuz üçün "sadə yaralama" cinayətindən 4 aydan 1 ilə qədər həbs cəzası tələb olunub.

Deniz Bulutsuz və Ozan Güvenin bir-birlərindən şikayət etdikləri işin iclası İstanbul 58-ci Cəza Məhkəməsində davam etdirilib .

İclasda tərəflərin vəkilləri iştirak ediblər. Prokurorun rəyi ilə aktyorun "qəsdən xəsarət yetirmə" və "azadlığından məhrum etmə" cinayətlərinə görə 3 il 6 aydan 11 il 6 aya qədər azadlıqdan məhrum edilməsi, təhqir cinayətindən isə bəraət almasını istəyib. Bulutsuzun isə “sadə yaralama” cinayətinə görə 4 aydan 1 ilə qədər həbsə məhkum edilməsi istənilib. Lent.az

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər