Oxumaq Qazandırır İnteraktiv oyununa qeydiyyatın bitməyinə az qaldı

Oxumaq Qazandırır İnteraktiv oyununa qeydiyyatın bitməyinə az qaldı
23 sentyabr 2024
# 16:14

Dünyada İlk! Kitab Oxuyaraq 12000 AZN Qazan - Oxumaq Qazandırır İnteraktiv Oyununa Qeydiyyatın Bitməyinə Az Qaldı!

Azərbaycanın intellektual dünyasına böyük bir yenilik gəldi! Dünyada ilk dəfə kitabı interactiv formatda oxuyaraq qazanmaq şansını əldə edə biləcəyiniz "Oxumaq Qazandırır" layihəsi başlamasına az qaldı. Bu 30,000 AZN mükafat fondu olan oyunda, kitab sevərlər və məntiq oyunlarına maraq göstərənlər üçün əsl intellektual macəra təklif edir!

Müsabiqəyə qatılmaq çox asandır:

1. Oenva.az saytında qeydiyyatdan keçərək şəxsi profilinizi yaradın.

2. iTicket.az üzərindən “Oxumaq Qazandırır” biletini alın və oenva.az saytında biletinizin doğruluğunu təsdiqləyin.

Yarışmanın qaydaları belədir: Siz "Avqust" adlı beş bölümdən ibarət, hər bölümü təxminən 30 səhifə olan ümumi 150 səhifəlik bir roman oxuyacaqsınız. Kitab almağa ehtiyac yoxdur, çünki OENVA MMC sizə romanı elektron yəni ebook formatında oenva.az saytında birinci bölümdən etibarən hər bölümü 72 saat fasilə ilə təqdim edəcək. Bu o deməkdir ki, sizə birinci bölüm təqdim ediləcək, 72 saatın sonunda 1-ci bölümə doğru cavab versəniz, növbəti bölüm təqdim ediləcək və beləliklə 5 ci bölümə qədər bu qayda ilə yarışma davam edəcəkdir. Yarışma 16 oktyabrda saat 22:00-da başlayacaq və birinci bölümü 72 saat ərzində oxumaq üçün vaxtınız olacaq. Bölümləri oxuyub, tapmacanı həll etdikdən sonra cavabınızı oenva.az saytında "Cavabınız" bölməsinə yazaraq təqdim edəcəksiniz. İlk 4 bölüm məntiqinizi sınamaq üçün nəzərdə tutulub. Bu bölümlərdə siz yalnız özünüzlə mübarizə aparırsınız. 72 saat ərzində hər bir bölümü oxuyub, tapmacanı həll etməlisiniz. Bu suallar üçün elmi-texniki biliklər tələb olunmur; cavablar romandakı hadisələrdən çıxarılır. Suallar hansısa səhifədə gizlədilmiş sözü tapmaqla bağlı deyil! Burada əsl dedektiv işi görməli, romandakı hadisələrin içində gizlənmiş sirri açmalısınız. Oenva.az saytında “Yarışın Demo Versiyası” da mövcuddur. Siz bu nümunə yarışa qoşularaq qaydalarla daha yaxından tanış ola bilərsiniz – tamamilə ödənişsizdir. İlk 4 bölümü uğurla tamamlayan iştirakçılar 5-ci - yəni final bölməsinə keçid edəcəklər. 5-ci bölümdə ilk 5 düzgün cavabı tapan iştirakçı yüksək məbləğdə pul mükafatı qazanacaq:

Mükafatlar nələrdir?

- 1-ci yer: 12,000 AZN

- 2-ci yer: 6,000 AZN

- 3-cü yer: 5,000 AZN

- 4-cü yer: 2,000 AZN

- 5-ci yer: 1,000 AZN

Yarışmanın sonunda nəticələrə əsasən ilk 1000 yerin sahibi olan iştirakçılar Xalq artisti Faiq Ağayevin iştirak edəcəyi mükafatlandırma konsertinə dəvət olunacaq. Konsert 3 noyabrda Park Bulvarın 4-cü mərtəbəsində yerləşən Hayal Kahvesi-də baş tutacaq.

Qeydiyyat 14 oktyabrda başa çatır, yarışma isə 16 oktyabrda başlayacaq. Cəmi 25 AZN ödəməklə iTicket.az üzərindən bilet alaraq, bu intellektual oyuna qoşulmaq fürsətini qaçırmayın. Unutmayın, bu, sadəcə bir oyun deyil - bu, bilik və məntiqinizi sınamaq üçün tarixi bir fürsətdir!

Oxuyun, düşünün və qazanmaq üçün şansınızı sınayın!

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

15:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər