Övladlarını dodaqdan öpən valideynlər - Bu doğrudurmu?

Övladlarını dodaqdan öpən valideynlər - Bu doğrudurmu?
23 sentyabr 2022
# 21:00

Kulis.az Ulucay Akifin “Mənə nə?” adlı yazısını təqdim edir.

El bir olsa, dağ oynadar yerindən

Atalar sözü

Açığı, bu atalar sözünün mənim yazıma heç bir dəxli yoxdur, sadəcə görürəm ki, hamı yazısına belə epiqraflar yazır, dedim, mənim nəyim əskikdir?

Bu dəfə üzrlü sayın, gələn dəfə mütləq mövzuya uyğun atalar sözü tapacam.

İndi isə sizə məni çox narahat edən bir məsələ haqqında danışmaq istəyirəm. Ola bilər ki, məni narahat edən bu məsələ sizə gülməli gəlsin. Olsun.

Tez-tez adamların övladları ilə paylaşdığı şəkillərdə, videolarda valideynlərin öz uşaqlarının dodağından öpdüyünü görürəm. Ana oğlunun dodağından öpür, ata qızının dodağından.

Hələ daha betəri də olur. Ata oğlunun dodağından öpür, ana qızının.

Deyə bilərsiniz ki, sənə nə dəxili var, öz uşağımızdı, özümüz bilərik!

Haqlısınız, öz uşağınızdır, amma həm də o uşaqlar böyüyüb cəmiyyətimizin bir fərdinə çevriləcək deyə, şəxsən, mənə dəxili var. Uşaq sizindir deyə onunla istədiyiniz cür davranmalısınız və heç kim işinizə qarışmamalıdır? Onda uşağını döyənlərin də işinə qarışmayaq, uşağının təhsil almasına mane olanların da işinə qarışmayaq da. Hə? Bu nə məntiqdir? Bu nə yanaşmadır?

İnandırım sizi, belə primitiv məsələlər haqqında yazı yazanda, özüm də özümdən utanıram. Elə bilirsiniz ki, mənim xoşuma gəlir bu şeylərdən yazmaq? Əlbəttə ki, gəlmir. Amma nə etmək olar ki, buna məcburam. Yoxsa mən yazmasam, sən yazmasan, necə çıxar qaranlıqlar aydınlığa?

Deyə bilərsiniz ki, uşaqları dodaqdan öpməyin nəyi pisdir? Məcbur bu sualınıza da cavab verməliyəm.

Birinci, elmi, tibbi səbəblə başlayım ki, bəlkə, bundan sonrasına ehtiyac duymazsınız.

İmmuniteti hələ çox zəif olan uşaqların dodağından öpmək onların sağlamlığı üçün təhlükəlidir. Dodaq və ağız boşluğu çox həssas bölgə olduğu üçün oradan keçən bakteriyalar körpələrin tez-tez xəstələnməsinə səbəb olur. İstəsəniz bu haqda daha çox araşdırıb məlumat ala bilərsiniz. Əlinizin altında o boyda İnternet var, girib araşdırın, hər şeyi mən deyəsi deyiləm ki. Nəticədə, uşaq sizin uşağınızdır, mənə nə?

Keçək psixoloji məqamlara.

Uşaqlar hər şeyi iki cür bölür: yaxşı və pis.

Hər hərəkəti, hər əşyanı, ağlınıza gələn hər şeyi beynində bu cür kodlaşdırır: “bu yaxşıdır”, “bu pisdir”.

Valideyn övladını dodağından öpəndə, bu, uşağa çox gözəl təsir eləyir, xoşuna gəlir. Buna görə də dodaqdan öpülməyi beynində “dodaqdan öpülmək yaxşıdır” kimi kodlaşdırır.

Bundan sonra uşaq (daha doğrusu, sizin övladınız) başqa adamların da onun dodağından öpməsini yadırğamır, bundan narahat olmur. Hətta övladınız şüuraltı instinktlə digər adamların da dodağından öpmək istəyə bilər. Ki, bunun da nə qədər doğru və təhlükəsiz olduğuna, məncə, özünüz qərar verməlisiniz. Hər halda, pedofiliyanın, uşaq təcavüzünün artdığı bir zamanda bunun təhlükəli olduğunu düşünürəm.

Hətta uşaq bəlli bir yaşa çatdıqdan sonra bunun nə qədər doğru, ya səhv olduğunu dərk etsə də, bu vərdişindən əl çəkməyə bilər.

Ziqmund Freydin psixoanalitikasından, Edip kompleksindən heç danışmaq istəmirəm. Görürəm ki, bu primitiv məsələni həmin adamlara elə primitiv də izah eləməliyəm.

Atanın qızını, ananın oğlunu öpməsi gələcəkdə uşağın cinsi həyatına mənfi təsir edə bilər. Bunu mən yox, xarici alimlər, psixoloqlar deyir. Bu haqda da İnternetdə xeyli material var. Girin araşdırın, oxuyun. İnternet ancaq TikTokda səy-səy videolara baxmaq, gic-gic videolar çəkmək, İnstaqrama girmək üçün yaradılmayıb ki.

Digər daha təhlükəli məqam isə atanın oğlunun, ananın isə qızının dodağından öpməyidir.

Bu hərəkət uşaqların cinsi orientasiyasına ciddi zərbə vura bilər. Yəni oğlan uşağının öz cinsinin nümayəndələrinə, qız uşaqlarının da öz cinsinin nümayəndələrinə daha çox marağı, həvəsi, sevgisi yarana bilər.

Ola bilər ki, homoseksuallara pis münasibətiniz yoxdur, öz işinizdir, amma düşünmürəm ki, övladınızın cinsi orientasiyasına bu cür təsir göstərmək istəyiniz olar. Varsa da, öz uşağınızdır da, özünüz bilərsiniz. Mənə nə?!

# 5228 dəfə oxunub

Oxşar xəbərlər

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

17:37 21 iyul 2026
Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

16:30 21 iyul 2026
Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

16:00 21 iyul 2026
"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

15:00 21 iyul 2026
Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

14:05 21 iyul 2026
Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı

Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı

13:00 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər