Orqan musiqisini sevənlər üçün konsert proqramı

Orqan musiqisini sevənlər üçün konsert proqramı
2 dekabr 2024
# 16:04

Dekabrın 4-də Bakıdakı Kamera və Orqan Musiqisi Zalında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solist Nigar Qəhrəmanova (orqan) çıxış edəcək.

Kulis.az xəbər verir ki, Kamera və Orqan Musiqisi Zalında daha bir konsert proqramı dekabrın 13-də təqdim olunacaq.

Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşəcək konsert Almaniyada yaşayan sənətkar soydaşımız, Əməkdar artist, tanınmış orqan ifaçısı və bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunub.

Solist qismində Kalininqrad kafedral kilsəsinin orqan ifaçısı Yevgeni Avramenko (Rusiya) çıxış edəcək. Proqramda İ.S.Bax və A.Mirzəyevin əsərləri səslənəcək.

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər