Oğurlanandan sonra dayanacaqda tapılan məşhur tablo satışa çıxarıldı

Oğurlanandan sonra dayanacaqda tapılan məşhur tablo satışa çıxarıldı
13 iyun 2024
# 18:00

Venesiyalı rəssam Tisianın 1508-ci ildə 20 yaşında çəkdiyi "Misirə uçuşda dincəlmək" tablosu hərraca çıxarılır.

Kulis.az xəbər verir ki, rəsm ilk dəfə 1809-cu ildə Napoleon Bonapartın əsgərləri tərəfindən Vyanadakı Belvedere sarayından, ikinci dəfə isə Uiltşirdəki Baz markizlərinin qərargahı olan Longlit Hauzdan oğurlanıb.

Rəsmin qəribə tarixinin ən maraqlı tərəfi onun 1995-ci ildə Lonqlitdəki evin birinci mərtəbəsindəki qonaq otağından götürülməsidir.

Yeddi illik axtarışdan sonra o vaxtlar qiyməti 5 milyon avrodan çox olan rəsm əsəri "Skotland Yard"ın incəsənət və əntiq əşyalar bölməsinin keçmiş rəisi Çarlz Hill tərəfindən Riçmondda avtobus dayanacağında plastik alış-veriş torbasında tapılıb.

2021-ci ildə vəfat edən Hill həm də Edvard Munkun 1893-cü ildə çəkdiyi “Fəryad” tablosunun 1994-cü ildə Oslodakı Milli Muzeydən oğurlanmasından sonra tapılmasına kömək etməsi ilə də tanınır.

Ülvi Bahadır

# 2429 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər