O siyasi konyukturanın Allahıdır - Aqşin Yenisey

O siyasi konyukturanın Allahıdır - Aqşin Yenisey
7 aprel 2025
# 09:50

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Noyabr ayının ilk ongünlündə İstanbul kitab sərgisində dostlarımız məndən Nazin Hikmət haqqında fikirlərimi soruşmuşdular.

İndi cavab verəcəyəm:

Nazim şair kimliyini siyasi bir ideologiyanın arxasında gizləmiş ortababdır.

Nazimi şair edən Türkiyə deyil, sovet Rusiyasıdır.

Ciddi bir şair üçün Nazim deyə bir məktəb yox.

Nazimdən ilham alıb şair olmaq mümkün deyil.

Nazim siyasi konyukturanın rüsvayçı “allahıdır”.

SSRİ deyilən ərazidə onun qədər bu inzibati instinktə inanan ikinci ciddi bir şair olmayıb.

Nazim partiya lideri ola bilməyib şair olan bir populistdir.

Nazim söykənmək üçün arxasında güc axtaran bir şairdir.

Sosrealzmin Nazimə qədərki poetikası Nazimdən daha böyükdür.

Nazim kommunizmi düzgün anlamayıb, öz millətinin “faydasına” yönəltmək istəyib.

Nazim Anadolu türkləri üçün Rusiyada hazırlanan və uğursuzluqla nəticələnən yüzlərlə “Çe Qevara” eksperimentinin bir dənəsidir.

Kommunizim milliliyi rədd edir, Nazim istəyirdi ki, türk kimliyi kommunist olsun. Adam inandığı, yaxud muzduru olduğu ideyanı da düzgün anlamayıb.

Şair olanlar Nazimin qidalandığı oğlanlardı: kommunuzmin şöhrətinə deyil, rəhmətinə can atanlar.

# 2311 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər