“Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirildi

“Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirildi
3 dekabr 2024
# 16:43

Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, kitabda Qarabağ müharibəsində iştirak edən şəhid və qazi musiqiçilərdən bəhs olunur.

Təqdimat mərasimində Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar.

Bildirilib ki, musiqi, nəğmə insanın mənəvi silahıdır. Bu mənəvi silah hərbçilərimizin mübarizə ruhunu daha da artırıb. Vətən torpaqlarının müdafiəsi zamanı onların əlində həqiqi silah, ürəklərində isə mənəvi silah – musiqi olub.

Vurğulanıb ki, Səadət Təhmirazqızının ərsəyə gətirdiyi “Nəğmə də bir silahdır” kitabında bu mövzu daha geniş şəkildə şərh olunub. Belə ki, şəhid və qazi musiqiçilərin həyat və yaradıcılıq yolu ilə yanaşı, kitabda “Musiqidə hərbi-vətənpərvərlik”, “Musiqidə şəhidlərin tərənnümü” və “Qələbəmizin musiqi müjdəsi” bölmələri də var. Bölmələrdə bəstəkarlarımızın hərbi-vətənpərvərlik mövzusunda qələmə aldıqları və şəhidlərə həsr olunan əsərlərindən, 44 günlük Vətən müharibəsinin Qələbə müjdəsinə həsr olunan musiqi nümunələrindən söhbət açılır. Odur ki, bu kitab musiqi elmi üçün də dəyərli bir mənbədir.

Təqdimat mərasimində bəstəkar Azad Zahidin “Qələbəyə gedən yol”, qazi bəstəkarımız Vüqar Məmmədzadənin “Dəmir yumruq” əsərləri səsləndirilib.

Eyni zamanda, Əməkdar artist Cabir Abdullayev, müğənni Sahib İbrahimov, beynəlxalq müsabiqələr laureatları Atəş Qarayev, İdris Hüseynov və gənc ifaçı Əvəzxan Əzizov öz çıxışları ilə tədbirə xüsusi rəng qatıblar. Xalq artisti Gülyaz Məmmədova musiqisi və sözləri Səadət Təhmirazqızına aid olan “General Polad” mahnısını səsləndirib.

Sonda müəllif şəhid ailələri və qazilərə yeni kitabını hədiyyə edib.

# 2288 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər