Nazir: "Sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır" - Açıqlama

Nazir:  "Sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır" -  Açıqlama
24 yanvar 2025
# 14:07

“Yaradıcı birliklərə sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, Mədəniyyət Nazirliyi üçün yaradıcı insanlarla ünsiyyətin qurulması vacibdir, lakin sədr seçkisi və yaş amili məsələsi hər bir yaradıcı birliyin daxili işidir: “Yaradıcı ittifaqlarda sənət və təcrübə çox önəmlidir. Buna görə yaradıcı ittifaqlarda yaş məsələsi meyar kimi götürülməməli və həmin qurumlarda təmsil edilən yaradıcı insanlar seçimlərini müstəqil şəkildə edirlər".

Nazir qeyd edib ki, həmin yaradıcı təşkilatlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır: “Biz dövlət olaraq onların bu gücündən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.

Adil Kərimli dövlətin də yaradıcı təşkilatlara daim dəstək verdiyini vurğulayıb.

# 3115 dəfə oxunub

Oxşar xəbərlər

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər