“Muzeydə musiqi gecələri” layihəsinin üçüncü konsert-portreti

“Muzeydə musiqi gecələri”  layihəsinin üçüncü konsert-portreti
24 fevral 2024
# 11:30

"Muzeydə musiqi gecələri” layihəsinin üçüncü konsert-portreti fevralın 28-də Muzey Mərkəzinin Akt zalında keçiriləcək və bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunacaq.

Kulis.az xəbər verir ki, tədbirin moderatoru musiqişünas Şəfaqət Məmmədova olacaq.

Konsert-portret çərçivəsində bəstəkarın simli kvartet üçün miniatürləri, həmçinin müxtəlif solo alətlər üçün yazılmış əsərləri ifa olunacaq. Tədbirdə solistlər – Fatimə Nəsirli (violonçel), Humay Hacızadə (alt), Humay Qasımzadə (fortepiano), ifaçılar – Ümid Mustafazadə (violonçel), Nihad Məmmədov (violonçel), Əli Əmişov (alt), Erol Rzayev (violonçel) iştirak edəcəklər.

Konsertin özünəməxsus vizual müşayiəti rəssam Fərhad Həmzəliyevin (1953-2008) ictimaiyyətə təqdim olunacaq əsərləri ilə ediləcək və “Muzeydə musiqi gecələri” layihəsinin formatını dəstəkləyərək tədbirə xüsusi ab-hava qatacaq.

Xəyyam Mirzəzadə görkəmli bəstəkar Qara Qarayevin tələbəsidir və ona böyük müəllimindən böyük musiqi təcrübəsi və biliyi miras qalıb. O, milli musiqi sənətinə yeni maraqlı səhifələr yazaraq, bənzərsiz iz qoymağa müvəffəq olub. “Triptix” və “Oçerklər-63”, “Pianto” və “Skripka və orkestr üçün konsert” və digər əsərlərə, həmçinin “Yeddi oğul istərəm”, “Bizim küçə”, “Yaz mövsümü” filmlərinə musiqi yazan bəstəkarın əsərləri hələ də Avstriya, İngiltərə, Macarıstan, Niderland, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə aktuallığını itirmədən ifa olunur.

# 2304 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər