Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olundu

Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olundu
27 may 2024
# 14:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib.

O, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini deyib.

Tədbir iştirakçıları öz çıxışlarında Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Nümayiş olunan virtual kitab sərgisində ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.

Sərgidə Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi fikirlər videogörüntülərlə nümayiş olunub, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi, müdrik diplomatik siyasəti, qəhrəman Azərbaycan oğullarının şücaəti ilə qazanılan Qarabağ Zəfərinin türk tarixinə daha bir şanlı səhifə kimi yazıldığı qeyd edilib.

Virtual kitab sərgisində “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan ordusunun tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti işığında”, “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Yüz ilin işığında”, “Cümhuriyyət xilaskarları” kimi kitabların qısa annotasiyası təqdim olunub.

Məlumat bülleteni və biblioqrafik vəsaitdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyənnaməsi, Azərbaycan Xalq Cümhiriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat verilir, son illərdə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dilində kitabların biblioqrafik təsviri yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənib.

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər