Müəlliflərə bu qədər qonorar verildi - Məbləğ

Müəlliflərə bu qədər qonorar verildi - Məbləğ
1 mart 2022
# 17:40

“2021-ci ildə Agentliyin qonorar yığımının əhatə etdiyi istifadəçi təşkilatlarda 2021-ci ildə hesablanmış qonorar barədə 394 nəfər müəllifin müraciətlərinə baxılıb, müvafiq izahatlar verilib”.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2021-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapıb.

“2021-ci ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində (teatr-tamaşa təşkilatlarında əsərlərdən istifadəyə görə) 19275.24 manat müəllif qonorarı yığılıb və təyinatı üzrə bölgüsü aparılıb. Bunlardan Azərbaycan müəlliflərinə 13389.78 manat, xarici müəlliflərə 2488.60 manat, Dövlət varidatı olan əsərlərə görə 1078.83 manat, gəlir vergisi 1934.02 manat, bank xidməti 384.01 manat təşkil edir. Agentliyin hesabına daxil olmuş 22256.00 manat müəllif qonorarından köçürmə yolu ilə 11179.43 manat Azərbaycan müəlliflərinə, 751.05 manat xarici müəlliflərə ödənilib, qonorardan tutulmuş 2126.66 manat gəlir vergisi dövlət büdcəsinə, 338.51 manat bank xidməti üçün köçürülüb. Qonorar hesablanmış 394 nəfər müəllifə çatacaq qonorar məbləğlərinin visa elektron kartları vasitəsi ilə ödənilməsi təmin edilib”, - hesabatda qeyd olunub.

# 4308 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər