"Mona Lizanın sirri açıldı

"Mona Lizanın sirri açıldı
5 may 2023
# 13:19

Leonardo da Vinçinin dünyaca məşhur əsəri Mona Liza ilə bağlı yeni iddia ortaya çıxıb.

Kulis.az xarici mediya istinadən xəbər verir ki, Silvano Vinçeti adlı sənət tarixçisi rəsmdəki təsvirlərlə bağlı diqqətəlayiq bir detalı açıqlayıb.

Vinçeti Mona Liza rəsminin fonunda olan daş körpünün Toskana olduğunu irəli sürüb. O, 16-cı əsrə aid rəsmdə təsvir olunan estakadanın İtaliyanın kiçik Laterina kəndində Arno çayını əhatə edən Romito körpüsü olduğunu iddia edib. Vinçeti bölgənin dron görüntülərini, fotoşəkillərini və tarixi sənədlərini araşdırdıqdan sonra şəkildəki körpü ilə bağlı qoyduğu diaqnozun doğru olduğuna şübhə etmədiyini də vurğulayıb.

Xatırladaq ki, əvvəllər Leoardo da Vinçinin körpünü Toskanadakı Bobbio və Burianodakı tikililərdən sonra modelləşdirdiyi deyilirdi. Buna qarşı çıxan Vinçeti iddia edir ki, adı çəkilən körpülərin heç birində dörd tağ yoxdur.

Tarixçilər həmçinin hesab edirlər ki, yalnız bir tağının toxunulmaz qaldığı Romito körpüsünün əvvəllər dörd tağı var idi. Tağın 18-ci əsrdə, sel nəticəsində ciddi şəkildə zədələndiyi ehtimal edilir. Hətta dördüncü tağın bünövrəsinə hələ də çayın o biri tərəfindəki kolluqlarda rast gəlməyin mümkünlüyü iddia edilir.

İntibah dövrü rəssamının əslində hansı körpünü təsvir etdiyi heç vaxt məlum olmasa da, Laterina meri Simona Neri rəsmlə mümkün əlaqənin kəndə turistləri cəlb edəcəyinə ümid edir.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər