“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı keçirildi

“Mir Cəlal “Nizami Gəncəvi Dünyası”  kitabının təqdimatı keçirildi
16 sentyabr 2024
# 09:58

“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan “Mir Cəlal "Nizami Gəncəvi dünyası" kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də, türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak edib.

Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Nizami türk dünyası ədəbiyyatının sütun imzalarındadnıdr. Onun irsi yarandığı gündən əsərlərində tərənnüm etdiyi bəşəri dəyərlərlə yanaşı, Türk təfəkkürünü təbliğ etdiyinə görə Türk dünyasında nümunə, ilham və təlqin mənbəyinə çevrilib. Nizaminin əsərlərində yunan, hind və dünyanın digər Şərq xalqlarının tarixinə və fəlsəfəsinə yer verildiyi qədər qədim oğuz-qıpçaq ənənələri ilə bağlı atalar sözləri və məsəllər istifadə edilir. Belə bir vəhdətlə Nizami bizə XI əsrdən bu günə müasir azərbaycanlının və azərbaycançılığın simasını cızır.

Türk Mədəniyyəti və İrsi Fondu prezidenti Aktotı Raimkulova Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladaraq bildirib ki, təşkilat bu günə qədər türk mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində bir sıra layihələrə imza atıb. “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, Fond, həmçinin “Türk dünyasının ədəbi inciləri” və “Türk dünyasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir.

Aktotı Raimkulova, eyni zamanda, qeyd edib: “İnanırıq ki, bu nəşr kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacaq və Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi, həm də görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın elmi-bədii yaradıcılığına olan böyük marağı daha da artıracaq”.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, Bakı Dövlət Universitetinin filologiya üzrə professoru Təhsin Mütəllimov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov söz alaraq Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindən araşdırıldığını və gələcək nəsillər üçün ədədi miras kimi qalacağını qeyd ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə belə layihələrin Türk dünyasının ədəbiyyatına, mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb.

Yekun sözlə çıxış edən Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev türk xalqlarının ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətini vurğulayıb və Türk Mədəniyyəti və İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının aparıcı solisti, Gəncə Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Ramil Qasımov dahi Nizaminin qəzəllərinə bəstələnmiş populyar ariyaları ifa edib.

Təqdimat mərasimin sonunda Lənkəranın “Yaşıl çay” Fermer Təsərrüfatında yetişdirlən çay sortlarından hazırlanan yeni “Turan” kolleksiyasının ilk nümunəsi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya təqdim olunub.

# 1297 dəfə oxunub

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi

15:04 8 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsi təhrif edildi

Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsi təhrif edildi

14:09 8 may 2026
Nadir Məmmədli:  "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."

Nadir Məmmədli: "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."

13:57 8 may 2026
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

13:23 8 may 2026
Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

13:07 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər