Milli Teatrda ustad dərsləri keçiriləcək

Milli Teatrda  ustad dərsləri keçiriləcək
15 fevral 2024
# 10:49

Rusiyanın məşhur pedaqoqları və aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Rusiyanın Aleksandrinski Teatrının, Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsidir. Layihə Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə rus dilində əyani üç günlük intensiv proqramı əhatə edəcək. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir.

Qeyd olunan hər iki istiqamət üzrə dərsləri Sankt-Peterburq Dövlət Universitetinin, Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunun müəllimləri və Aleksandrinski Teatrının mütəxəssisləri keçəcək.

“Milli teatrda menecmentin əsasları” proqramının 35 dinləyicisi nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib Sankt-Peterburq Dövlət Universitetinin proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnaməsini alacaqlar.

“Aktyor sənəti müasir kontekstdə” proqramının 25 dinləyicisi isə nəzəriyyəni öyrənəcək və eyni zamanda praktik məşğələlərdə iştirak edəcəklər. Yekunda proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr alacaqlar.

Layihə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovdur.

Layihə çərçivəsində eyni zamanda Aleksandrinski Teatrı və Akademik Milli Dram Teatrı arasında Memorandum imzalanacaq, "Rus səhnəsinin seçilmiş obrazları" sərgisinin açılışı olacaq, 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə ediləcək. Memorandum çərçivəsində Akademik Milli Dram Teatrı sentyabr ayında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Aleksandrinsk Teatrı isə oktyabrda öz tamaşası ilə Bakıya qastrol səfərinə gələcək.

Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum çərçivəsində Aleksandrinski Teatrı ilə qarşılıqlı səfərlərin təşkili, o cümlədən “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda ustad dərsləri və mühazirələrin keçirilməsi, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkili məsələsi müzakirə edilmiş və razılıq əldə olunmuşdu.

# 1715 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər