“Mən dəyərəm min cavana” 90-cı dəfə səhnəyə qoyulacaq

“Mən dəyərəm min cavana”  90-cı dəfə səhnəyə qoyulacaq
2 mart 2024
# 11:30

Martın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 90-cı dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşa tanınmış yazıçı-dramaturq Tamara Vəliyevanın Musiqili Teatrda “Bankir Adaxlı”dan sonra səhnəyə qoyulan ikinci əsəridir.

Yaranma tarixçəsi qəribə olan komediya illər əvvəl görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenli, Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ildə onun qəfil vəfatı yaradıcı heyətin bütün planlarını dəyişir. 2007-ci ildə “Mən dəyərəm min cavana” böyük sənətkarın xatirəsinə ithaf olaraq, sevənlərinə bir təskinlik kimi təqdim edilir.

İlk nümayişindən 17 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını saxlayan səhnə əsərində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov və Murad Əliyev ifa edəcəklər.

Qeyd edək ki, teatrın xor və balet artistlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları da tamaşaya gözəllik qatacaq.

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər