Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunacaq

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunacaq
11 oktyabr 2024
# 12:30

Azərbaycanın görkəmli şairi, “altmışıncılar” ədəbi nəslinin parlaq siması, professor Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, tədbir oktyabrın 23-ü, saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ilin noyabr ayının 1-i anadan olub.

O, 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "Cəfər Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" komitəsinin sədri vəzifələrində çalışıb. Bədii yaradıcılıqla yanaşı, Məmməd İsmayıl uzun illər Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub, professor dərəcəsinə qədər yüksəlib.

# 3549 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər