“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu
25 aprel 2024
# 14:30

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Məhşər Divanı: Yalanın 17 anı” sənədli romanın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu çıxış edərək kitabın bugünkü ədəbi proses üçün çox yüksək bir uğur olduğunu qeyd edib. Bildirib ki, bu kitab ölkəmizdə və xaricdə böyük tirajla nəşr olunmalı, tədris müəssisələrinı paylanılmalıdır.

Sonra rejissor Bəhram Osmanovun quruluşunda, kitabın mahiyyətinə uyğun monoloq-tamaşa nümayiş olunub.

Kulturoloq alim, professor Fuad Məmmədov kitabın kulturoloji baxımdan çox yüksək əhəmiyyətə malik olduğunu söyləyib.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və digərləri çıxış edərək kitabın yüksək, orijinal bədii keyfiyyətindən söz açıblar. Bildiriblər ki, vacib, əhəmiyyətli olan bu kitab çox yüksək bir yazıçılıq səriştəsi ilə qələmə alınıb.

Kitabın müəllifi Adəm İsmayıl Bakuvi bildirib ki, ermənilər ümumiyyətlə, dünya tarixində ən çox terror hadisələri törədən təşkilatların rəhbərləridirlər. Qeyd edib ki, kitab yalançı erməni tarixini öz xalqına ötürmək istəyən 17 ermənidən bəhs edir, O həmçinin kitabın artıq 4 dilə tərcümə olunduğunu diqqətə çatdırıb.

Kitabın rəyçiləri akademiklər Nizami Cəfərov, Yaqub Mahmudov, Xalq yazıçısı Çingiz Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır. Sənədli romanın beynəlxalq rəyçiləri isə ICESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri, tarixçi, professor Kamal Çiçək və Vadim Viktoroviç Mixaylovdur.

445 səhifəlik sənədli romanda eyni millətin nümayəndəsi olan 17 erməniyə “böyük divan” qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən “böyük divanda” Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müxtəlif cinayətlərdə ittiham edilir. Baş meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim tərəfindən söz verir. Romandakı hər fəslin sonunda hər ittiham olunan erməniyə “hökm oxunur”.

Qeyd edək ki, kitabın ilk təqdimatı 2022-ci ildə Bakı Kitab Mərkəzində olub.

# 2503 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər