Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşdü

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşdü
22 may 2024
# 10:09

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Mayın 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığı daha da möhkəmləndirib.

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv iştirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.

Mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen mədəniyyətin xalqlarımızı yaxınlaşdıran əsas amil olduğunu söyləyib, eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü diqqətə çatdırıb.

Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahəsində tələbə mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 1664 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər