Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
24 iyul 2024
# 13:15

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə 4 iyul 2024-cü il tarixdə elan etdiyi qrant müsabiqəsi davam edir.

Kulis.az xəbər verir ki, qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi kino sənayesində institusional islahatlara dair layihələri əhatə edir.

Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

Xatırladaq ki, müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilər və müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü ildir.

Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.

Qrant müsabiqəsi ilə bağlı suallarla [email protected] elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin qaynar xəttinə (Tel.: 147) müraciət etmək mümkündür.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

10:40 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər