Maykl Ceksonun ölümündə şok iddia: Özünü bilərəkdən öldürüb?

Maykl Ceksonun ölümündə şok iddia: Özünü bilərəkdən öldürüb?
6 iyul 2026
# 11:00

Pop kralı Maykl Ceksonun ölümü ilə bağlı illər sonra yeni iddia ortaya atılıb.

Kulis.az xəbər verir ki, ABŞ-nin "Radar Online" nəşrinin apardığı xüsusi araşdırmaya görə, əfsanəvi müğənni ölümünə səbəb olan preparatın dozasını özü qəsdən artırmış ola bilər.

Nəşrin irəli sürdüyü versiyaya əsasən, sənətçinin bu kritik və ölümcül addımına xroniki ağrılar, böyük maliyyə problemlərinin yaratdığı təşviş və qarşıdan gələn böyük konsert turuna hazırlıq stresi birbaşa təsir göstərib.

"Maykl müxtəlif preparatları qəbul edərək öz ölümünə şəxsən zəmin yaradıb. O, istifadə etdiyi bütün dərmanların fəsadlarını və ölümcül risklərini çox yaxşı bilirdi," – deyə məqalədə vurğulanır.

Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə qəflətən dünyasını dəyişib. Sənətçinin ürəyi şəxsi həkimi Konrad Mürrey tərəfindən ona güclü "propofol" inyeksiyası edildikdən sonra dayanmışdı.

Məhkəmənin rəsmi qərarına əsasən, həkim Konrad Mürrey ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə təqsirli bilinərək həbs cəzasına məhkum edilmiş və cəzasını çəkmişdi. Lakin yeni iddialar diqqətləri yenidən Ceksonun psixoloji vəziyyətinə yönəldib.

Xatırlada ki, mərhum sənətçinin irsi bu gün də böyük maraq doğurmağa davam edir. Belə ki, bu ay keçirilən hərracda Maykl Ceksonun 1997-ci ildə Fransadakı konsert turu zamanı geyindiyi bir tay corabı 6200 avroya satılıb.

Məlumata görə, əfsanəvi ifaçı bu aksessuarı məşhur "HIStory World Tour" çərçivəsində geyinib. Həmin corab 27 iyun 1997-ci ildə Nitsada baş tutan konsertdən sonra "Şarl Ermann" stadionunun səhnə işçisi tərəfindən tapılaraq illərlə qorunub saxlanılıb.

# 417 dəfə oxunub

Oxşar xəbərlər

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

17:00 20 avqust 2026
Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

16:30 20 avqust 2026
"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

16:00 20 avqust 2026
Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

15:30 20 avqust 2026
"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

15:15 20 avqust 2026
“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

15:00 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər