Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti
16 aprel 2024
# 15:00

Kulis.az kanadalı yazıçı, Buker mükafatı laureatı Marqaret Etvudun spekulyativ fantastika yazmaq istəyənlərə 7 məsləhətini təqdim edir.

1. Fikrinizin nbəyi hazırda yaşadığız miyyət olsun

Marqaret Etvuda görə, spekulyativ fantastika cəmiyyətdə gizli qalan və hələ də reallaşmamış imkanlardan bəhs edir. Spekulyativ fantastikadakı texnoloji və fantastik elementlər köklərini, bizim növümüzün artıq etdiyi, ya da etməyə hazırlaşdığı şeylərdən almalıdır.

2. b-ticə əlaqəri qurmaq bacarığıkmilləşdirin

Spekulyativ fantastikanı idarə edən şey "necə olardı?" sualıdır. "Bu və ya başqa cür olsaydı, necə olardı?" ilə başlayan suallar vermək və onlar haqqında düşünmək hadisələrin təsirli personajlarını yaratmağınıza kömək edir.

3. Yaradacağız nyanın qazananlarıuduzanlarımüəyyənləşdirin

Utopiyalar indiki dünyadan daha yaxşısını, distopiyalar isə daha pisini təsvir edir. Ancaq bu, sabit bir zəmin deyil. Çünki bir insanın utopiyası başqasının distopiyası ola bilər. Ya da hər distopiyada daha kiçik utopiyalar ola bilər - və ya əksinə. Sizin yaradacağınız bu dünya kimin utopiyası və kimin distopiyası olacaq?

4. Araşdırma aparın

Paradoksal görünə bilər, lakin istər realistik fantastika, istərsə də spekulyativ fantastika üzərində işləyin, ətraflı araşdırma aparmaq (tarixi faktlardan uzaqlaşsanız belə) layihənizi inandırıcı etməyə kömək edəcək. Siz əhatə edəcəyiniz mövzudan asılı olaraq öz dünyanıza aid qaydalar yarada bilərsiniz. Müəyyən edəcəyiniz bu qaydalar əhatə etdiyiniz materiala ağırlıq gətirdiyi kimi, həm personajlarınız, həm də oxucularınız üçün risk yaradan elementləri fərqləndirəcək.

5. Güclü vizual dil yaradın

Oxuculara təsir edəcək, tarixə və həyata istinad edən güclü vizual dil yaradın. Məsələn, "Damazlıq qızın əhvalatı" əsərindəki distopik Qileddəki kostyumların mənbəyi "Old Dutch Cleanser" reklamındakı üzü görünməyən bir qadının başındakı örtüklə tamamlanan paltardır.

6. Qaydalarınıza sadiq qalın

Spekulyativ fantastika hər hansı digər fantastika kimidir: mahiyyətcə maraqlı deyil. Ona görə də, öz qaydaları çərçivəsində ağlabatan və realist bir hala gətirilməlidir. Məsələn, Marqaret Etvud, Conatan Sviftin məşhur "Qulliverin səyahətləri" əsərini misal gətirir: əgər siz, əvvəlcə, müəyyən bir at cinsinin daha fəzilətli olduğuna dair bir qayda yaratsanız, o inandırıcı və təsirli dünyanın illüziyasını pozmadan bədxah bir at xarakteri yarada bilməzsiniz.

7. Böyük əsərləri oxuyun

Spekulyativ fantastikanın nələr izah edə biləcəyi barədə fikir yaranması üçün Marqaret Etvudun tövsiyə etdiyi kitablar bunlardır:

"R.U.R." - Karel Çapek (1921)

"Yeni Cəsur Dünya" - Oldos Haksli (1932)

"Dünyaların müharibəsi" - Herbert Corc Uells (1897)

"Zaman səyahəti" - Herbert Corc Uells (1895)

"Donovanın beyni" - Kurt Siodmak (1942)

"Qulliverin səyahəti" - Conatan Svift (1942)

"Biz" - Yevgeni Zamyatin (1924)

Həll etmək istədiyiniz sosial məsələlərin siyahısını tərtib edin. Bunlar içərisində hekayənizə daxil etmək istədiyiniz mövzular ola bilər. Spesifik olun. Alternativ nizam yaradırsınız və orada hər şeyə yer yoxdur. Hansı məsələni və ya kəşfi həyata keçirmək istədiyinizə qərar verin. Qlobal miqyasda hər şeyin mənalı olması lazım deyil. Reallıq çərçivəsində etdiyiniz dəyişikliklər bütün mövcud riskləri artırmağa və ya azaltmağa xidmət edə bilər. Siyahınızdakı maddələrdən birini götürüb bu mövzu və ya hadisənin ətrafında personajlar qrupu yaradın. Bütün personajlarınız birbaşa süjetdə iştirak etməli deyil. Spekulyativ fantastika oxucuları sosial hadisələrin dolayı araşdırmalarından həzz alırlar. Nəhayət, unutmayın ki, hansı personajı seçməyinizdən asılı olmayaraq, hər biri bədii ədəbiyyatımızdakı hadisələri hiss etməli və onların nəticələrini müzakirə etməlidir.

Hazırladı: Nilufər Hacılı

"Ədəbiyyat qəzeti"

# 746 dəfə oxunub

Oxşar xəbərlər

"Anam qadın, bacım qadın, qızım qadın" – Şəhriyar  del Gerani

"Anam qadın, bacım qadın, qızım qadın" – Şəhriyar del Gerani

17:00 24 may 2024
Uzanmış çılpaq - Qətər şeyxinin 210 milyon dollara aldığı rəsm əsəri

Uzanmış çılpaq - Qətər şeyxinin 210 milyon dollara aldığı rəsm əsəri

15:00 24 may 2024
Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı - Onun ailəsi niyə siflisə yoluxmuşdu?

12:00 24 may 2024
O, imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Şah Xətainin bayılması

O, imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Şah Xətainin bayılması

09:00 24 may 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 22 may 2024
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

17:00 20 may 2024
# # #