Mark Avrelinin heykəli geri qaytarılacaq

Mark Avrelinin heykəli geri qaytarılacaq
15 fevral 2025
# 12:48

ABŞ-nin Klivlend İncəsənət Muzeyinin kolleksiyasında olan "Mark Avreli" heykəli uzun müddət davam edən elmi və hüquqi araşdırmalardan sonra Türkiyəyə qaytarılır.

Kulis.az-ın məlumatına görə, antik dövrün ən nadir tunc əsərlərindən sayılan bu heykəldə Roma imperatoru Mark Avreli filosof kimi təsvir olunub.

1960-cı illərdə Burdurun Bubon antik şəhərində aparılan qanunsuz qazıntılar zamanı ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılan heykəl eramızın II-III əsrlərinə aiddir.

Qədim Bubon şəhərindən oğurlanan əsərlər Jalə İnanın rəhbərlik etdiyi araşdırmalarla gündəmə gətirilsə də, "Mark Avreli" heykəlinin Türkiyəyə qaytarılması bu günə qədər mümkün olmayıb.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin uzun illər apardığı araşdırmalar və əvvəlki illərdə toplanmış elmi məlumatlar sübut edib ki, heykəl Bubon şəhərindəki Sebasteion strukturuna aiddir.

# 3583 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər