Köçərli adına Respublika Uşaq Kitabxanası “Laçın Şəhəri Günü” tədbirində iştirak etdi

Köçərli adına Respublika Uşaq Kitabxanası “Laçın Şəhəri Günü” tədbirində iştirak etdi
29 avqust 2024
# 16:36

26 avqust tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, "Bakı abadlıq xidməti" MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü keçirildi.

Kulis.az xəbər verir ki, tədbir Laçın şəhər bayraq meydanında başlamaqla Seyrəngahda və Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası keçirilən tədbirdə öz pavilyonunda uşaq yazarları Sevinc Nuruqızı və Solmaz Amanova ilə oxu saatları, interaktiv oyunlar, şeir və rəsm müsabiqələri, uşaqlar arasında nağıl bilicisi yarışması təşkil edib. Respublika Uşaq Kitabxanası tədbirdə iştirak edən bütün laçınlı uşaqlara son illərdə nəşr edilən uşaq ədəbiyyatı nümunələrindən 300-ə yaxın kitab hədiyyə edib.

# 2559 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər