Kann mükafatlı rejissor Fransa hökumətini tənqid etdi

Kann mükafatlı rejissor Fransa hökumətini tənqid etdi
30 may 2023
# 14:40

Kann Film Festivalında "Qızıl Palma" mükafatını alan fransız kinorejissor Justine Triet mükafatlandırma mərasimi zamanı prezident Emmanuel Makron hökumətini tənqid edib.

Kulis.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Triet pensiya islahatlarına qarşı etirazların yatırılmasından qəzəblənib. Onun fikrincə, ölkə bundan çox zərər çəkib.

Qeyd edək ki, rejissor Festivalda “Şirin bədənin anatomiyası” filminə görə “Qızıl palma budağı”nı alıb.

Xatırladaq ki, aprelin 15-də Emmanuel Makron pensiya islahatı haqqında qanunu imzalayıb. Sənəddə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulub. Bu təşəbbüsə görə bütün Fransada kütləvi etirazlar baş verib.

# 3470 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər