Kann Film Festivalının münsiflər heyəti açıqlanıb

Kann Film Festivalının münsiflər heyəti açıqlanıb
29 aprel 2025
# 12:10

78-ci Kann Film Festivalının münsiflər heyətində dörd qadın və dörd kişi olmaqla 8 məşhur yer alıb.

Kulis.az xəbər verir ki, fransız aktrisası Jülyet Binoşun sədrlik edəcəyi münsiflər heyətinin tərkibi açıqlanıb.

Amerikalı aktrisa və kinorejissor Halle Berri, hindistanlı rejissor və ssenarist Payal Kapadia, italyan aktrisa Alba Rohvaşer, fransız-mərakeşli yazıçı Leyla Slimani, konqolu rejissor, sənədli film müəllifi və prodüser Honq Sanqsu, meksikalı rejissor və ssenarist Karlos Reyqadas və amerikalı aktyor Jeremi Stronq münsiflər heyətinin üzvləri seçiliblər.

Münsiflər heyəti müsabiqə üçün seçilmiş 21 filmi qiymətləndirəcək və mayın 13-dən 24-dək Kruazetdə keçiriləcək 78-ci Kann Film Festivalının “Qızıl Palma budağı” mükafatını təqdim edəcəklər.

Qeyd edək ki, ötən il festivalın münsiflər heyətinə amerikalı rejissor Qreta Qerviq (Barbi) sədrlik edib.

# 3239 dəfə oxunub

Oxşar xəbərlər

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

13:21 28 noyabr 2026
55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

12:21 28 noyabr 2026
Qazaxıstan nağılları komiks formatında təqdim edildi

Qazaxıstan nağılları komiks formatında təqdim edildi

11:16 28 noyabr 2026
"Spotify" Belarusda fəaliyyətini dayandıracaq

"Spotify" Belarusda fəaliyyətini dayandıracaq

10:33 28 noyabr 2026
Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər