İstanbul sərgisində müzakirə və imza saatları keçirildi

İstanbul sərgisində müzakirə və imza saatları keçirildi
2 noyabr 2024
# 20:12

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə keçirilən sərginin "fəxri qonaq ölkə"sidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.

Sərgidə Azərbaycanın tanınmış yazıçılarından ibarət geniş nümayəndə heyəti iştirak edir.

Sərgi məkanında və Azərbaycan stendində imza mərasimləri, ədəbi müzakirələr, müxrəlif ölkələrdən naşirlərin işgüzar görüşləri təşkil olunur.

Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub.
Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.
Yazarlar oxucuları maraqlandıran sualları cavablandırıblar. Səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.

***

Bu gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" (povest və hekayələr) və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi keçirilib.

Hər iki nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə "Zengin yayıncılık" nəşriyyatında 5000 tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.
Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

***

Bu gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.

Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.

Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.

# 3162 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər