"İkinci planetin qırmızı rəngi" filmi beynəlxalq festivalda

"İkinci planetin qırmızı rəngi"  filmi beynəlxalq festivalda
21 fevral 2024
# 14:50

Rejissor Azər Quliyevin çəkdiyi “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Finlandiyada keçiriləcək Tapmere Beynəlxalq Film Festivalının “Cənubi Qafqaz” proqramında nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, filmdə hadisələr Vətən Müharibəsinin fonunda baş verir. Musa şəxsi həyatında problemlərlə üz-üzədir. Bir an Musanı iç səsi və şəxsi azadlığı bilinməyən sirli vəhdətlə qarşılaşır. Burada onun keçmişi, iztirabları və gələcəyi başlayır…

Film Mədəniyyət Nazirliyinin 2021-ci ildə keçirdiyi “Böyük qayıdış“ müsabiqəsi çərçivəsində çəkilib.

“Mozalan” studiyasının istehsalı olan filmə “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyası ko-prodüser kimi dəstək göstəriblər. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyev, prodüseri Əli-Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalovadır. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər.

# 4597 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər