İçki düşkünü olan 10 yazıçı

İçki düşkünü olan 10 yazıçı
19 oktyabr 2025
# 15:00

Kulis.az içki düşkünü olan 10 yazıçını təqdim edir.

O. Henri

O. Henri ədəbi imzasından istifadə edən amerikalı yazıçı Uilyam Sidni Porter 400 qısa hekayənin müəllifidir.

Olduqca məhsuldar olan yazıçı həftədə bir hekayə çap edirdi. O, həqiqi adını sirr saxlayıb.

İşlərindəki uğursuzluğu, bədxərcliyi və nəhayət, alkoqol asılılığı erkən vəfatına səbəb olub.

Yazıçı ömrünün son günlərini yoxsulluqla keçirib.


Stiven Kinq

Məhsuldar yazıçı olan Stiven Kinq qorxu, fantaziya, elmi fantastika və cinayət janrlarında əvəzsiz əsərlər yazıb.

1970-80-ci illərdə o, alkoqol və müxtəlif narkotik maddələrdən istifadə edərək məhsuldarlığını daha da artırıb.

Ən çətin anında ailəsi onun zərərli vərdişlərinə müdaxilə edib və beləliklə, yazıçı sağalmağa başlayıb.

Kinq bu təcrübəsini xatirələrində bölüşüb.


Ömər Xəyyam

Rübaiələrində tez-tez içki mövzusuna müraciət edib.

Onun sözlərinə görə, istənilən adam içki sayəsində həyatı eşqi və sevinc tapa bilər.

Ömər Xəyyamın dövrün şəriət ölkəsində yaşadığını nəzərə alsaq, içkini bu şəkildə məth etməsi maraq doğurur.

Edqar Allan Po

Məşhur amerikalı yazıçı Allan Po içki aludəçisi olub.

Faciəli həyatı məşhur yazıçını alkoqolikə çevirib.

1849-ci ildə qırx yaşı tamam olanda dünyasını dəyişib.

Versiyalardan birinə görə, yazıçının ölümünə səbəb çoxlu alkoqollu içki qəbul etməsi olub.

Çarlz Bukovski

Alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilməyib.

Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşından içməyə başlayıb.

Ən çox sevdiyi içkilər pivə, araq, viski imiş.

Uilyam Folkner

O, çox ağır uşaqlıq keçirib. Daha çox gecələr içən yazıçının ən sevdiyi içki "Mint julep” və viski olub.

Çox içməsinə baxmayaraq 65 il yaşayıb və infarkt nəticəsində həyatını itirib.

Con Steynbek

Yazandan sonra ilk işi içki içmək olub.

Yaxşı yazanda daha çox içən yazıçı içkinin təsirindən sonrakı gün yuxudan oyana bilmirmiş.

O biri gün isə özünü günahkar bildiyi üçün iki günün əvəzinə işləyirmiş.

Ernest Heminquey

Yazıçı roman yazarkən içki içərmiş.

Depressiya diaqnozu ilə xəstəxanada yatıb, lakin düzgün müalicə aparılmayıb.

Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı
içərisində ov tüfəngindən atəş açaraq intihar edib.

Maraqlıdır ki, yazıçının
babası və atası da həyatlarına intiharla son qoyublar.

Erix Mariya Remark

Birincü Dünya Müharibəsinin iştirakçısı olub.


O, içki düşkünü idi. Bəzi əsərlərində qəhrəmanlar nəinki içirlər, hətta spirtin faydasından danışırlar.

Elə onun məşhur "Üç yoldaş" əsəri də rəqs edən sərxoş səhnəsi ilə başlayır.

Ceyms Coys

XX əsrin ən nüfuzlu yazıçılarından biri olan Ceyms Coys əslən irlandiyalıdır.

Coys uzun illər Dublində yaşayıb və zamanının çoxunu spirtli içki qəbul edərək keçirib.

Çox içdiyindən bəzən barlarda dava salırmış...

# 2478 dəfə oxunub

Oxşar xəbərlər

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

18:00 21 iyul 2026
Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

17:37 21 iyul 2026
Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

16:30 21 iyul 2026
Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

16:00 21 iyul 2026
"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

15:00 21 iyul 2026
Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

14:05 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər