İçərişəhər COP29-da

İçərişəhər  COP29-da
5 noyabr 2024
# 12:51

Noyabrın 11-dən 23-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim edilən turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Kulis.az-a bildirilib ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə saat 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

Bundan başqa, Turist Məlumat Mərkəzi həmin tarixlərdə saat 10:00-dan başlayaraq saat 22.00-dək ziyarətçilərə piyada və elektromobillə qrup və ya fərdi turlar təşkil edəcək, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti göstərəcək.

Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək, sərgi salonu isə 09.00-dan 22.00-a qədər açıq olacaq.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil ediləcək.

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.

# 3953 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər