Hollivud aktrisası komaya düşdü

Enn Heç, Hollivud aktrisası

Enn Heç, Hollivud aktrisası

12 avqust 2022
# 18:25

Avtomobil qəzasına düşərək ağır yanıq xəsarətləri alan məşhur Hollivud aktrisası Enn Heçin vəziyyəti kirtik ağır olaraq qalır.

Kulis.az xəbər verir ki, həkimlərin sözlərinə görə, koma vəziyyətində olan aktrisanın sağ qalmaq şansı çox azdır: “Onun avtomobil qəzası nəticəsində aldığı xəsarətlər çox ağır olub və bu səbəbdən də aktrisanın bu vəziyyətdən çıxa biləcəyi sual altındadır”,- deyə həkimlər bildirib.

“Təəssüf ki, qəzaya görə Enn Heç ağır kəllə-beyin travması alaraq komaya düşüb. Biz onun sağalması üçün dua edən hər kəsə, həmçinin West Hills xəstəxanasındakı Qrossman yanıq mərkəzində Ennə qayğı göstərən bütün tibb personalına xüsusi təşəkkür edirik. O, çoxdan orqanlarını ehtiyacı olanlara bağışlamaq qərarına gəlib. Enn Heç böyük ürəyə sahibdir və səxavəti ilə qarşılaşdığı hər kəsi ilhamlandırırdı. İstedadlı aktrisa olmaqla yanaşı o, həyatın mənasını xeyirxahlıq və sevinc yaymaqda görürdü. O, cəsarəti, dürüstlüyü ilə yadda qalacaq və biz onun işığı üçün çox darıxacağıq”,- deyə aktrisanın köməkçisi qeyd edib.

Xatırladaq ki, qəza ötən həftə Los-Ancelesin Mar-Vista bölgəsində günorta saatlarında baş verib. Aktrisa mavi rəngli “Mini Cooper” markalı avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yaşayış kompleksinin qarajına çırpılıb. Sakinlər aktrisanı maşından çıxarmağa çalışarkən avtomobil sürətlə geriyə doğru hərəkət edib və yaşayış evinə çırpılaraq yanğına səbəb olub. Yanğın genişmiqyaslı olduğu üçün bütün binanı bürüyüb. Nəticədə aktrisa Enn Heç ağır yanıq xəsarətləri alaraq komaya düşüb.

# 3156 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər