"Hiss edirəm ki, o, hələ də yanımdadır" - Dilarə Əliyeva

"Hiss edirəm ki, o, hələ də yanımdadır" - Dilarə Əliyeva
22 oktyabr 2024
# 15:45

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevdən danışıb.

Kulis.az xəbər verir ki, aktrisa bu haqda "Qapqara" yutub layihəsində danışıb. O, mərhum həyat yoldaşı haqda sualları cavablandırıb:

"Birlikdə 30 il ömür yaşadıq. Onun gedib-gələn nəfəsini, hər hansısa bir addımımda hansı reaksiya verəcəyini və ya verdiyini, belə anda o, nə deyərdini o qədər yaxşı hiss edirəm ki... O mənim enerjimdə hər kəsə yansıya bilir. Bu sözü ilk dəfə sən dedin ki, (proqramın aparıcısı, aktyor Kamran Ağabalayevi nəzərdə turur - red.) mənə elə gəlir ki, Oqtay hələ də yanındadır. Bu fikri indiyə kimi səsləndirməmişəm. Sadəcə, özümü elə hiss edirdim".

Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında dünyasını dəyişib. Onun idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev vəfat edib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər