Hikmət Rəhimov: "Fuad Poladov mənə dedi ki, səni işdən çıxarsalar..."

Hikmət Rəhimov:  "Fuad Poladov mənə dedi ki, səni işdən çıxarsalar..."
31 mart 2023
# 13:00

"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmləkətin mayakıdır. Böyük məmnuniyyətlə teatra qayıdacağam. Mütləq qayıdacağam".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov "Belə-belə işlər"ə açıqlamasında deyib. Teatrdan getməsindən danışan aktyor qayıtmaq arzusunda olduğunu bildirib:

"Bir teatrda 1 yox, ən az 3 rejissor olmalıdır. Birini güclə tapırlar. Bir rejissor 4-5 aktyorla işləyir. Bəs o birilər? Axı onların yaşı gedir. Teatrda aktyorun işi olmayanda, o mütləq şəkildə oturub kiminsə arxasınca danışmalıdır, paxıllığını etməlidir. İşləməlidir ki, başı işə qarışsın. Dünyanın hər yerində var: teatrda kimsə kimsəni həzm edə bilmir. Dəqiq bilirəm ki, o, adamın məni görməyə gözü yox idi. Özü demişdi ki, komandamızda yoxsan. Normal haldır, hansısa rejissorun komandasında yoxamsa, bu o demək deyil ki, o bilmir nə edir və paxıllıqdan edir. Amma burada məsələ bu idi ki, dərdi başqadır. Özüm təklif etdim ki, yaxşı, komandanızda yoxam, mənə rol verməyin. Qanunda var ki, 1 il akademik məzuniyyət götürə bilərəm. 1 il gəlməyim, gözünüzə görsənməyim. Kloun gedə bilmirəm, tamada ola bilmirəm. Buradakı quru maaşa ehtiyacım var. Fuad Poladovla danışdıq, qayıtdı ki, səni çıxartsalar, mən də gedəcəyəm. Sonra dava oldu və məni statiya ilə çıxarmaq istədilər. Dedim lazım deyil, ərizəmi yazdım. Fuad Poladovun bir sözünü yazdım: "Mən belə yaradıcı mühitdə işləmək istəmirəm". Ora (Akademik Milli Dram Teatrı - red.) ilə vidalaşdıq".

Sənətçi teatrları tənqid edib:

"Tallində Fuad Poladovun xatirəsinə tamaşa oynamağa getmişdim. "Köhnə telefon" tamaşasını Eston Dram Teatrında oynadıq. Banketdə teatrın rəhbəri dedi ki, teatrımın bir dekorasiyasının qiyməti 80 min avrodur. Dedi, teatrımda 2-3 sənin kimi aktyor var, gəl. Dedim, ona deyin ki, yaşadığım məmləkətdə heç bir teatra lazım deyiləm, verdiyi dəyərə görə çox sağ olsun. Təsəvvür edirsiniz ki, burada bir teatrın qapısını döyüb deyə bilmirdim belə bir tamaşam var heç olmasa icazə verin burada nümayiş etdirim. Adamalar var ki, 30 ildir direktordur. Onun Azərbaycan teatrına marağı ola bilməz".

Qeyd edək ki, H.Rəhimov 2016-cı ildə Akademik Milli Dram Teatrından ayrılıb.

# 5596 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər