Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
14 dekabr 2023
# 18:30

Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk dövlətlərinin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, Türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulayıb.

Söhbət zamanı Aktotı Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında təntənəli şəkildə qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və qurulduğu ilk illərdən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

# 2121 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər