Hər çobanın əlinin altında alimlər işləyə bilər - Yalçın İslamzadə

Hər çobanın əlinin altında alimlər işləyə bilər - Yalçın İslamzadə
2 aprel 2025
# 18:20

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

"Çobanın" biznes qurması və ağıllı-bacarıqlı insanları "əlinin altında" işlətməsi şok xəbər deyil, gözləniləndir.

Kritik əlaqələri olan istənilən "çoban" (məşğul olduğu sahəyə aidiyyatı olmayan mənasında) biznes qura bilir.

Təhsil sistemimiz və üzdə müdafiə olunan dəyərlər həyatın reallığından o qədər uzaqdır ki, bu sistemlərin təsirinə məruz qalmamış insan həyatı daha doğru analiz edir və daha uğurlu olur.

Xəbər o olar ki, əlaqəsi olmayan ağıllı-bacarıqlı insan biznes qura bilsin. Elə olsaydı, həkim-müəllim-mühəndis ellikcə çökməkdə olan Qərbə üz tutmazdı.

Qışda gənc dostlardan biri ilə görüşdük. Burada normal iş tapa bilməmişdi, Polşaya getmişdi. Dörd işçisi var, kiçik biznes qurub. Distant formada İsveç şirkətlərinin birinin də proqram təminatçısıdır.

İsveç və sosialist blokun tərkibində olmuş Polşa, bir əcnəbiyə, sırf bacarığı var deyə iş imkanları təqdim edir. Doğma məmləkətdə isə özünə iş tapa bilmirdi.

Sonra o əlaqələri ilə biznes quranlar "uğur" qazanmaq üçün necə əziyyət çəkdiklərindən danışırlar. Tədbirlərə, müsahibələrə dəvət olunurlar. "İçindəki devi uyandır" mövzulu motivasiya kitabları oxuyan gənc də, oyandırdığı devin qorxub içəridə gizləndiyini görür, "mən niyə uğursuzam" deyir və depressiyaya düşür.

Biznes dedikləri də, əslində, alqı-satqıdır. Bina tikirlər və ya Çindən məhsul gətirib, "Məhsulumuzun üstünlükləri..." deyə reklam edirlər. O məhsul sənin deyil, çinlinindir. Əlavə dəyər yaranmır, çünki belə "uğur" imkanı ilə, ancaq belə iqtisadi fəaliyyət yaratmaq olar.

# 2692 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər