Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı
12 dekabr 2024
# 16:26

Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli Məclisin sədri Sahibə Qafarovanın “Tarixin liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı məqaləsinin tam mətni, dünya liderlərinin, görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər və Ulu Öndərin öz müdrik kəlamları təqdim edilir.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Ulu Öndərin dahi şəxsiyyətinə, mənalı ömür yoluna, zəngin, çoxşaxəli fəaliyyətinə həsr edilən və 2019-2024-cü illərdə nəşr olunan “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Məhəmməd Füzuli”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Nizami Gəncəvi”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və onların qısa annotasiyaları, dövri mətbuat nümunələri sərgilənir.

“Xalqa həsr edilmiş ömür” adlı virtual kitab sərgisində Azərbaycan liderinin siyasət və hakimiyyət arenasına gəlişindən, ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz xidmətlərindən bəhs edilir. Virtual sərgidə yazılı məlumatlarla yanaşı, Ulu Öndərin, Prezident İlham Əliyevin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində “Heydər Əliyev-100” adlı bölmə yaradılıb. Artıq iki ildir ki, burada müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər.

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər