Gənc rəssamların əsərlərindən ibarət sərgi açıldı

Gənc rəssamların əsərlərindən ibarət sərgi açıldı
3 fevral 2024
# 11:50

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Kulis.az xəbər verir ki, Gənclər Günü münasibətilə təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək hər il ənənəvi sərginin əhəmiyyətini qeyd edib.

Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan Xalq rəssamı dövlət başçısının gənclərə böyük diqqət və qayğı göstərdiyini deyib. Bildirilib ki, sərgidə ADRA ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, eləcə də sahə üzrə müstəqil gənc rəssamların əl işləri nümayiş olunur. Ekspozisiyada müxtəlif janrlarda rəngkarlıq, qrafika, heykəltaraşlıq, tikmə, xalçaçılıq, dekorativ-tətbiqi sənət üzrə əsərlər yer alıb.

Sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. Qalib dövlətin gəncləri kimi onların əsərlərində bu ruhu hiss etdirmələrini, Vətən müharibəsində Qələbə mövzusuna geniş yer vermələrini tövsiyə edib.

Çıxışlardan sonra bir neçə gənc rəssama Azərbaycan Rəssamlar İttifaqına üzvlüklə bağlı vəsiqələr təqdim olunub.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

Ümumilikdə 160 əsərin nümayiş olunduğu sərgi 3 gün davam edəcək.

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər