Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirildi

Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirildi
3 may 2024
# 17:30

“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüş Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə keçirilib.

Kulis.az xəbər verir ki, qonaqları salamlayan Adil Kərimli bildirib ki, dünyada etnik və milli zəmində qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı, mehriban bir ailə kimi yaşayırlar:

“Ölkəmiz beynəlxalq aləmdə tolerantlığa örnək göstərilir. Biz öz tarixi-mədəni irsimizlə yanaşı, tolerantlıq ənənələrimizi də qoruyub təbliğ edirik”.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mədəniyyət naziri Şeyx Salem Xalid Abdulla Məhəmməd əl-Qasimi bildirib ki, Forum əlamətdar bir dövrə təsadüf edir. Bakı COP29-a ev sahiblik etməyə hazırlaşır: “Ötən il COP28 bizim ölkəmizdə – Dubay şəhərində keçirildi. Orada da biz nazirlərin konfransını keçirdərək müxtəlif istiqamətlər üzrə müzakirələr apardıq”.

Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç çıxışında deyib: “Biz əlimizdən gələni edirik ki, Belarus sülh ərazisi olaraq qalsın. Belarus çoxmillətli ölkədir – 130-a yaxın icma yaşayır. Biz abidələrimizin qorunmasına xüsusi diqqət yetirik. Qəhrəmanlarımızı unutmuruq, onları hər zaman xatırladır, gənc nəslə çatdırırıq. Azərbaycanla Belarusla arasında yeni mədəniyyət körpüsü yaradılıb. Bu ilin 1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət günləri çərçivəsində iki ölkənin incəsənət xadimlərinin bir-birlərini tərcüməsiz anladıqlarının şahidi olduq”.

Gürcüstan Baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Sulukiani söyləyib ki, Cənubi Qafqaz elə bir bölgədir ki, burada müxtəlif din və mədəniyyətlərin nümayəndələri hər zaman yanaşı yaşayıb. Gürcüstanın əsrlər boyu formalaşmış mədəni zənginliklərini, qədim ənənələrini və təcrübəsini davam etdirəcək.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova müzakirə olunan mövzunun aktuallığından söz açıb. Bildirib ki, Forum çərçivəsində birgə dəyərlərimizi nümayiş etdirməliyik.

Liviyanın mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Toughi Othman Forumda müzakirəyə çıxarılan mövzular bəşəriyyətin ciddi ehtiyac duyduğu sülh və əmin-amanlığa öz töhfəsini verə bilər. Bəşəriyyət rasional şəklində fəaliyyət göstərməlidir ki, bu əsrin çağırışına cavab versin.

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili Forumun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət etdiyini bildirib: “Dünya xalqları olaraq sülh şəraitində yaşamağımız çox vacibdir. Hesab edirik ki, beynəlxalq təşkilatların əsas rollarından biri də sülh və əmin-amanlığının qorunmasıdır”.

Daha sonra ölkəmizdə akkreditə olunan səfirlərin və digər rəsmi şəxslərin mövzu üzrə məruzələri dinlənilib.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edildi

Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edildi

14:48 21 oktyabr 2026
Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olundu

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olundu

14:30 21 oktyabr 2026
Türkiyə tarixi əsərlərin qanunsuz yolla ölkədən çıxarılmasına icazə vermədi

Türkiyə tarixi əsərlərin qanunsuz yolla ölkədən çıxarılmasına icazə vermədi

14:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər