Festivalda yenilik: Tammetrajlı filmlər də yarışmaya qoşulur!

Festivalda yenilik:  Tammetrajlı filmlər də yarışmaya qoşulur!
27 may 2024
# 12:30

4-8 oktyabr tarixlərində Bakıda keçiriləcək 15-ci Bakı Beynəlxalq Film Festivalı film qəbuluna başlayır!

Kulis.az xəbər verir ki, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival tammetrajlı filmlərin müsabiqəsini elan edir. Bu il festivalın Beynəlxalq müsabiqəsində bədii tammetrajlı debüt və qısa filmlər yarışacaq.

Xarici və yerli müəlliflər Beynəlxalq müsabiqənin tammetrajlı film kateqoriyasına 52 dəqiqədən az olmayan bədii debüt filmlərini (birinci və yaxud ikinci film), müsabiqənin qısametrajlı film kateqoriyasına isə 30 dəqiqədən çox olmayan bədii, sənədli, animasiya filmlərini https://filmfreeway.com/bakufilmfest platforması üzərindən göndərməlidirlər.

Filmlər 2023-2024-cü illərin istehsalı olmalıdır.

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri qəbul olunur. Müəlliflər filmlərini festivalın www.filmfestival.az saytı və https://filmfreeway.com/bakufilmfest platforması vasitəsilə göndərə bilər.

Filmlər 2022-2024-cü illərdə istehsal olunmalıdır.

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər