Fərhad Bədəlbəyli: "Üzeyir bəyin ənənələrini yaşatmalıyıq"

Fərhad Bədəlbəyli:  "Üzeyir bəyin ənənələrini yaşatmalıyıq"
18 sentyabr 2023
# 17:39

Sentyabrın 18-də Milli Musiqi Gününün daha bir tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdə rolundan danışıb. Deyib ki, Azərbaycanın zəngin musiqi mədəniyyətimizi, Üzeyir bəyin ənənələrini yaşatmalı və inkişaf etdirməliyik.

Daha sonra konsert proqramı təqdim olunub.

Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqaları çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", M.Maqomayevin "Odlar yurdu", F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirilib.

# 3199 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər