Fazil Mustafa: "Bizdə yazıya həssaslıq çox aşağı səviyyədədir"

Fazil Mustafa:  "Bizdə yazıya həssaslıq çox aşağı səviyyədədir"
26 sentyabr 2023
# 18:25

"Qarabağda edəcəyimiz ilk işlərdən biri salamat qalan arxiv materialları, statistikaya aid məlumatları, ermənicə qəzet və jurnalları, kitabları və kitabxanaları qorumaqdır. Ermənicə deyib heç nəyi kənara atmaq olmaz".

Kulis.az xəbər verir ki, bu sözləri Millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə tədqiqatçılarımız üçün vacibdir.

"Orada baş verən proseslər barədə unikal materiallar üzə çıxarıla bilər. Bu barədə hər bir polisə, əsgər və zabitə təlimat verilməlidir. Biz Qərbi Azərbaycandan belə materialları vaxtilə gətirə bilmədik, bu bizə xeyli çətinliklər yaratdı. Bakıdakı kitabxanalarda, evlərdə olan ermənicə çap məhsullarının əksəriyyətini qoruya bilmədik. Belə məsələlərdə bayağı vətənpərvərlik rolu oynamazlar. Hər şeyə tədqiqat predmeti kimi baxılmalıdır. Bizdə yazıya, sənədə həssaslıq çox aşağı səviyyədədir. Hətta "Dədə Qorqud" kitabını özümüz qoruyub saxlaya bilmədiyimizə görə Vatikandan, Drezdendən tapmışıq. Yüzlərlə kitabxananı restorana, paltar mağazasına çevirməyimizə də soyuqqanlı baxışımız buradan qaynaqlanır. Heç olmazsa tarixin bu dönəmində başımız daşdan-daşa dəyəndən sonra praqmatik davranmalıyıq. Əminəm ki, nəyi yandırsalar da, nəyi sparsalar da, yenədə qalanların içində işimizə yarayanlar olacaq".

redaktor.az

# 2978 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər