Ermənilərin növbəti oğurluğunun qarşısı alındı - Açıqlama

Ermənilərin növbəti oğurluğunun qarşısı alındı - Açıqlama
25 iyul 2024
# 09:36

Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdir.
Bununla əlaqədar Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılmışdır.

Kulis.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatını təqdim edir.

2024-cü il 12 iyul tarixli birgə məlumatda görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısının müəllif hüquqularının pozulması səbəbindən “Youtube” tərəfindən silindiyi və həmin mahnının “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi ilə bağlı müvafiq işlərin aparıldığı bildirilmişdi.

Görülmüş işlərin nəticəsi olaraq bildiririk ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinmişdir.

Qeyd olunanlarla yanaşı qeyd edirik ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən eyniadlı platformasından silinmişdir.

Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilmişdir.

# 2258 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər