Əməkdar artist: "Oğlanlar istəyir ki, qadınlar onları saxlasın"

Əməkdar artist: "Oğlanlar istəyir ki, qadınlar onları saxlasın"
28 yanvar 2023
# 19:54

“Həyat elədir ki, bəzən müəyyən situasiyalar yaranır. Məsələn, kişi xəstə olur, yorğan-döşək əsirinə çevrilir, bu zaman təbii ki, qadın qabağa düşəcək, çalışacaq pul qazansın gətirib ailəni dolandırsın, xəstə yoldaşına baxsın. Mən yetərincə belə qadın tanıyıram. Xanım düşünür ki, kişi əvvəl qazanırdı gətirirdi, amma indi xəstədir və bu vəzifə mənim üzərimə düşür…”

Kulis.az xəbər verir ki, bu sözləri aktrisa, Əməkdar artist Gülşad Baxşiyeva deyib. O, bildirib ki, indiki dövrdə ailələrdə kişilərin işləyib pul qazanmaq öhdəliyi azalıb:

“Bu gün elə kişilər var ki, pul qazana bilir, amma etmir ki, onsuz da xanımı qazanacaq. Belə cavan oğlanlar çoxalıb. Ailə qururlar və fikirləşirlər ki, qoy məni saxlasınlar. Bu gün oğlanlarda qadınlaşma gedir. Başa düşmək lazımdır ki, qadının ailədə öz missiyası var, kişinin missiyası isə gedib çörək pulu qazanmaqdır. İndiki dövrdə isə oğlanlar qızla tanış olanda birinci soruşurlar ki, nə qədər pul qazanırsan? Bu sözün özü o qədər ayıbdır ki…


Mən həmişə demişəm, yenə də deyirəm ki, oğlanlarda qadınlaşma, qızlarda isə kişiləşmə gedir. Buna çox pis baxıram. Müəyyən müddətdə ola bilər ki, kişi işləməsin, amma başa düşmək lazımdır ki, kişi üçün hər hansı işdə çalışmaq ayıb deyil. Kişi gedib “klyok” da sata bilər, dəmir də yığa bilər, kanalizasiya da təmizləyə bilər. Heç kim ona irad tutmayacaq, deyəcəklər ki, kişidir ailəsini saxlayır, amma qadın bu işləri görəndə ayıb sayılır. Mən həmişə evimin ətrafında qadınlar görürəm ki, dəmir yığırlar. Onlara baxıb düşünürəm ki, qadına bax, halal olsun! Qadın onu kefindən etmir ki. Buna pis baxıram, bu isə ondan irəli gəlir ki, bizim dövrdən sonrakı valideynlər oğlanlarını kişi kimi, qızlarını qadın kimi böyütmədilər. Valideynlər düşünmədi ki, onlar gələcəkdə ailə saxlayacaqlar. Ona görə bu gün oğlanlar düşünür ki, qız evidir də, canı çıxsın, getsin qazansın, gətirsin mənə baxsın”.

Sənətçi gənc ailələrin əksəriyyətində ortaq büdcənin olmamasından, bunun gələcəkdə yaradacağı fəsadlardan da danışıb:

“Bu gün elə gənc ailələr ki, cütlüklərin hər ikisi işləyir, maaş alır, amma qadın pulu vermir. Deyir ki, mən öz pulumu özümə saxlayacam. Bu da düzgün deyil, qadın özü üçün yaşayır, belə olmaz, ailədə büdcə ortaq olmalıdır. Qənaət də birlikdə ortaya qoyulan puldan olmalıdır. Bax onda olur ailə. Ailə araba deyil ki, hərə onu bir tərəfə çəksin. Belə olanda həmin ailə inkişaf etməyəcək, gənclər yığımcıl olmayacaq, bir müddət sonra da pərakəndə düşəcəklər. Mənim fikrimcə, kişi mütləq gedib işləməlidir, əgər ehtiyac varsa, qadın da dəstək məqsədilə işləməlidir. Ehtiyac yoxdursa, qadının işləməyi lazım deyil, çünki qadının evdə yetərincə işi var. Qadının ailədaxili təsərrüfatındakı işi böyük şeydir, onun öhdəsindən gəlirsə, bu bəsdir”.


# 4521 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər