Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalında

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalında
16 noyabr 2023
# 15:20

ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filminə görə 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalının (yerli müsabiqə) ən yaxşı rejissoru nominasiyasının qalibi olub.

Kulis.az xəbər verir ki, rejissorun sözlərinə görə, bu günlərdə “Nəfəs” filminin Haaqa Beynəlxalq Film Festivalının əsas proqramina daxil edilməsi barədə xoş xəbər alıb. Haaqa Beynəlxalq Film Festivalının direktoru Dr. Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.

Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.

“Nəfəs” qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə Elmar Bayramovu təbrik edir, yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayır.

# 3410 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər