Dünyanın ən qədim portreti - 26000 yaşı var

Dünyanın ən qədim portreti - 26000 yaşı var
7 fevral 2025
# 11:00

1920-ci illərdə arxeoloqlar tərəfindən aşkarlanan "Dolní Vestonice" portreti məlum olan ən qədim insan portreti hesab olunur.

Kulis.az-ın məlumatına görə, 26000 yaşı olan bu kiçik heykəl Çexiyanın Cənubi Moraviya bölgəsindəki Dolní Vestoniçe arxeoloji ərazısındə tapılıb.

Təxminən 4,8 sm hündürlüyündə və 2,4 sm enində olan portret mamont fil sümüyündən oyulub.

Əvvəlki dövrlərə aid digər heykəllərin, xüsusən də "Vestoniçe Venerası" kimi fiqurların fərqli üz cizgiləri yox idi. Bu kiçik heykəl isə unikal üz cizgilərinə malikdir.

1949-cu ildə ərazidə aparılan qazıntılar zamanı qırmızı oxra ilə örtülmüş və tülkü dişləri ilə bəzədilmiş qəbir aşkar edilib. Bu məzardan orta yaşlı qadın skeleti tapılıb. 2018-ci ildə edilən üz rekonstruksiyaları qadının üzünün sözügedən portretlə oxşar olduğunu üzə çıxarıb.

# 3217 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər