“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başladı

“DokuBaku”  VII Beynəlxalq Sənədli Filmlər Festivalı başladı
26 sentyabr 2023
# 17:03

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, oktyabrın 1-dək davam edəcək festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür.

Festivalın proqramı 43 nümayişdən ibarətdir. Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək. “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı film” və digər nominasiyalar üzrə qalibləri 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək.

Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara mükafatlar veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.

Festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.

Qeyd edək ki, festival nazirliyin maliyyə dəstəyi ilə 2017-ci ildən bəri hər il keçirilir.

# 3323 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər