Çingiz Aytmatovun daha bir kitabı işıq üzü görəcək

Çingiz Aytmatovun daha bir kitabı işıq üzü görəcək
4 sentyabr 2023
# 10:22

Bu il Azərbaycan xalqının dostu, böyük qırğız yazıçısı Çingiz Aytmarovun anadan olmasının 95 illiyi təntənə ilə qeyd olunacaq. Bu münasibətlə onun yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş “Dağlar yıxılanda” kitabı “Qanun” nəşriyyarında çap olunur.

Kulis.az xəbər verir ki, kitab Qırğızıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi, iş adamı Ahmad Javid Jaihonun yardımı ilə işıq üzü görəcək, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, mətndəki şeirlərin tərcüməçisi İlqar İlkindir.

Nəşrə ön sözü isə böyük yazıçının oğlu, Beynəlxalq Ç.Aytmatov Fondunun prezidenti Eldar Aytmatov yazıb:

“Hamı və bütün zamanlar üçün bircə mütlər həqiqət var – heç kəs taleyinin necə olacağını, alnına nə yazıldığını qabaqcadan bilmək iqtidarında deyil, kimə nə tale bəxş edildiyini yalnız həyat özü göstərir, yoxsa olub-keçəni heç tale də adlandırmaq olmaz...”

Çingiz Aytmatovun bu sözlərlə başlayan və dilimizə ilk dəfə çevrilən son “Dağlar yıxılanda (Əbədi gəlin)” romanında hadisələr Tyan-Şan dağlarında baş verir, əzab çəkən iki məxluqun – insanın və bəbirin – yolu orada kəsişir. Hər ikisi də zamanın, şəraitin, öz talelərinin qurbanıdır. Əsərin qəhrəmanı ərəb neft maqnatlarının bəbir ovladıqları yerlərə son sevgisini, bəlkə də ölümünü qarşılamaq üçün gəlir. Qarlı dağ keçidində möcüzəli şəkildə gözləri qarşısında canlanan Əbədi gəlin barədə əfsanə isə tamamilə bu dramatik hekayətin toxumasına hopub.

Kitaba ədibin ilk, sonralar üzərində işlədiyi “Üz-üzə” povesti, “Baxiana” və başqa hekayələri də daxil edilib. Hər bir əsərində oxucu bənzərsiz yazıçının böyük ustalığını və səmimiyyətini duyur.

Qeyd edək ki, “Dağlar yıxılanda” kitabının yaxın müddətdə təqdimatı baş tutacaq.

# 2870 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər