"Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq" - Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi

"Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq" - Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi
10 oktyabr 2024
# 16:22

Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərlini məhkəməyə verib.

Kulis.az xəbər verir ki, Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Zərgərlinin ona böhtan atdığını bildirib.

Roza haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.

İclas 16 oktyabr saat 11:05-ə təyin edilib. İşə Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, müğənni Roza Zərgərli bir neçə gün əvvəl Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.

O, "Sözün düzü"ndə bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:

"Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir". Modern.az

# 3658 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər