Cavanşir Quliyev səhhətindən danışdı

Cavanşir Quliyev səhhətindən danışdı
19 fevral 2024
# 17:30

“İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”.

Kulis.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib. Bəstəkar səhhətindən danışıb:

“Kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”.

Qeyd edək ki, C.Quliyevin İstanbulda olarkən səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Bəstəkar bir neçə gün əvvəl əməliyyat olunub. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.

# 3555 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər